Qarabağ

Erməni qızından etiraf: “Şuşa onlardadırsa, Xankəndində necə yaşaya bilərik”

Xankəndindən qaçan ermənilərin geri dönmək fikirləri varmı? Müxtəlif fikirlər səslənir. Əksəriyyətin belə bir niyyətinin olmadığı sosial şəbəkələrdə aydın görünür.Moderator.az Lika Zaqaryanın Feysbuk səhifəsindəki statusunu tərcümə edib. Gənc qızın düşüncələri əksər ermənilər üçün xarakterikdir.

“Müharibənin 45-ci Günü və ya “Sülh”ün ilk günü

Müharibə rəsmən bitmiş ola bilər, amma mənim üçün hələ də davam edir. Qərarlar, məntəqələr, xəritələr, bütün bunlar başıma girmir. Baş verənləri dərk edə bilmirəm. Mənim bu mərhələm, necə deyərlər- inkar mərhələsidir. Bütün gün düşüncələrimlə tək qalmamaq üçün çox vacib olmayan bəzi şeylər edirəm, edilə biləcək hər şeyi edirəm. Yeni bir “Artsax” xəritəsini gördüyüm anadək belə davam etdi. 44 gün ərzində kimin harada olmasını, nəyin kimə aid olduğunu, konkret sahələrə kimin nəzarət etdiyini bilmədən yaşadıq. Bu gün isə yeni reallığımızla qarşılaşdım.

Mən kiməm? Hansı ölkənin vətəndaşıyam? Harada yaşayacam? İndidən bu suallara cavabım yoxdur. İndi Ermənistanla Artsax( Qarabağ) arasında Karvaçar ( Kəlbəcər) kimi bir dəhlizin olduğunu düşünürəm. Kostyumlu kişilər onu 15 noyabrda verəcəklərinə qərar verdilər. Şuşadan keçən digər yol isə qapalı qalır və Şuşanı keçmək üçün başqa bir yol çəkilməlidir. Ancaq, məncə bu iş beş günlük deyil. Yəni 15 Noyabrda Karvaçar verilir, Laçın hələ açılmayıb, çünki Şuşadan keçir, lakin Şuşadan mümkün deyil və yeni yol hələ inşa edilməyib. Nə baş verir? Artsaxdakı insanlar 15 Noyabrdan etibarən anklavda olacaqlar? Hər şeyi düzgün başa düşürəmsə, belədir. Ancaq bilirsiniz, mən Azərbaycanda bir anklavda yaşamaq istəmirəm …

Bu gün bütün günü düşünmüşəm ki, mən heç nəyə aid deyiləm. Deyə bilərsiniz ki, Stepanakert ki, qalır. Əslində, elədir.

Ancaq bunun əhəmiyyəti yoxdur. Mən Hadrut və ya Şuşadan olan uşaqlar kimi evsiz bir qaçqınam. Hamımız evimizi və dincliyimizi itirdik. Mənə gəlincə, Şuşa onlara aiddirsə, Stepanakertdə rahat yaşaya bilmərik. Bunlar iddialı sözlər deyil, bu həqiqətdir. Bir gecədə Stepanakertdə soyqırım etmək mümkündür, dünya yalnız hər iki tərəfi ortaq dil tapmağa çağıracaq. Bu vaxta qədər bir tərəf artıq mövcud olmayacaq.

Dünəndən bəri heç nə dəyişmədi. Biz hələ də evsiz, görünməyən insanlarıq. Tək şey, ehtimal ki, xəritəni görəndə reallığı dərk etməyim artdı.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button