Digər

Milli mübarizədə keçən ömür: Rafiq Daşdəmirli-60

"Rafiq Daşdəmirli deyəndə adamın gözləri önündən sanki bir kinolent keçir - ömrün bütün səhifələri vərəqlənir"

Dəyərli dostumuz, xalq hərəkatının simalarından biri, cəbhəçi Rafiq Daşdəmirlinin yubileyidir! 60 yaşı tamam olur!

Rafiq Daşdəmirli deyəndə adamın gözləri önündən sanki bir kinolent keçir – ömrün bütün səhifələri vərəqlənir. Ötən əsrin 88-ci ilindən başlayb bu günlərə qədər. Daim meydanda və o meydanın ən qaynar nöqtəsində olan, cəbhəçiliyi haqq və şərəf edən bir insan ömrü yaşadınız. Ədalətli, özünü yox, dostlarını düşünən, şəxsi maraqlarına deyil, dövlətinə xidmət edən, gərəkəndə öz istəklərindən imtina edib dövlətçiliyə fəda olan bir həyat! O həyat bu gün də davam edir! Ali və uca məqsədlə dövlətə, dövlətçiliyə xidmət, dövlətini sevənlərin qorunması, müdafiəsi, sevməyənlərin qəhr olması yolunda çalışmaqdır.

Rafiq bəy, yubileyinizi kutlayıram!! Allah can sağlığı və xeyirli günləri sizdən əskik etməsin!

Təbriklər bir daha!

Hörmətlə: Rəfail Becanov

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button