Mədəniyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi izləyiciləri “Caz musiqisi axşamı”na dəvət edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mayın 20-də izləyiciləri canlı yayımla “Caz musiqisi axşamı”na dəvət edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, həmin gün #senetinledestekle çağırışına qoşulan, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda caz ifaları ilə sənətsevərlərin rəğbətini qazanan, beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edən sənətçilərimiz populyar müğənni Təranə Mahmudova və caz pianoçusu Elbəy Məmmədzadə evdən konsert proqramı ilə çıxış edəcəklər.

Konsertdə həm Azərbaycan, həm də dünyaca məşhur caz kompozisiyaları səslənəcək, eyni zamanda, sənətçilərimizlə canlı ünsiyyət qurulacaq.

Caz musiqisi həvəskarları suallarını, arzu və istəklərini canlı efir vaxtı Baş İdarənin @bakimedeniyyetidaresi və Təranə Mahmudovanın @taranamahmudovaofficial “Instagram” hesabından bildirə bilərlər.

Daha çox
Back to top button
Close