Dünya

Ərdoğan yeni sistemə keçdiklərini açıqladı – “Yastığın altında 5 min ton qızıl var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabineti iclasından sonra xalqa müraciət edib.“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan müraciətində yeni iqtisadi sistemə keçildiyini açıqlayıb.

Dövlət başçısının çıxışındakı əsas mövzuların başlıqlarını təqdim edirik:

“Bir çox paketlər həyata keçirilir.

Məzənnənin dəyişməsini dayandırmaq üçün yeni tədbirlər həyata keçiririk.

Əmanətlərini dəyərləndirərkən məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif edirik.

Məzənnədəki dalğalanmaya görə ixracatçılara hissəli məzənnə rəqəmi veriləcək.

Bundan sonra heç bir vətəndaşımızın əmanətlərini türk lirəsindən xarici valyutaya keçirməsinə ehtiyac qalmayacaq, çünki məzənnə daha yüksək olacaq.

Məlumdur ki, ölkəmizdə yastığın altında 280 milyard dollar dəyərində 5 min ton qızıl var. Bu qızılı bazara çıxarmaq üçün yeni vasitələr hazırlanacaq.

Uzunmüddətli məşğulluğu qorumaq üçün kreditlər veriləcək.

Qeyri-dövlət pensiya sistemimizin cəlbediciliyini artırmaq üçün biz dövlət haqlarının dərəcəsini 5 faiz artıraraq 30 faizə çatdırırıq.

Hədəflərimizə uyğun olaraq, əzm və qərarlılıqla yolumuza davam edirik”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button