Kriminal

Kür çayında batan şəxsin meyiti tapıldı

Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Q.Səlimov mayın 14-də Kür çayında batmışdı.

Daha çox
Back to top button
Close