İqtisadiyyat

Aİ-92 markalı benzinlə bağlı yeni qərar

Azərbaycana gətirilən Aİ-92 markalı benzin bu gündən gömrük rüsumundan azad edilib.

Bu, Nazirlər Kabinetinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, fevralın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə avtomobil benzinin və 95-dən az oktan ədədi ilə avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu ləğv olunur. Azərbaycan ərazisinə gətirilən malların aksiz dərəcələrində edilən dəyişikliyə əsasən isə fevralın 1-dən Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilir. Bu qərar 2022-ci il 1 iyun tarixinədək qüvvədədir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button