İdman

Noyer “Bavariya” ilə müqaviləni uzada bilər

Almaniyanın “Bavariya” futbol komandasının qolkiperi Manuel Noyerin klub ilə müqaviləni uzadacağı gözlənilir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə klubun idarə heyətinin başçısı Karl Hayns Rummenigge bildirib.

Xatırladaq ki, mayın 17-də Almaniya çempionatının 26-cı turunda “Bavariya” “Uniona” 2:0 hesabı ilə qalib qəldi və turnir cədvəlində 26 oyunda 58 xalla Dortmundun “Borrusia”sından 4 xallıq fərqini qoruya bildi.

“Əminəm ki, Noyer komandada qalacaq. Biz onun keyfiyyətlərini qiymətləndiririk, o isə bizim ona verə biləcəyimizi yüksək qiymətləndirir. Düşünürəm ki, yaxın vaxtlarda təklifimizi qəbul edəcək”, – Rummenigge deyib.

34 yaşlı qapıçının “Bavariya” ilə hazırkı razılığı 2021-ci ilin yazına qədər qüvvədədir, idmançı komandaya 2011-ci ildə “Şalke”dən keçib. Münhen klubunun tərkibində alman qolkiper 7 dəfə Almaniya çempionluğunun, dörd dəfə Almaniya kubokunun (daha bir dəfə “Şalke” nin tərkibində), eyni zamanda Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. M.Noyer Almaniya millisi üçün komanda ilə birlikdə 2014 dünya çempionu olmaqla 92 matç keçirib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button