Cəmiyyət

Azərbaycan Sənaye Korporasiyasında daha bir təyinat olub

Oktay Abbasov “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) İstehsal və əməliyyatlar departamentinin direktor müavini təyin edilib. 2 iyun 2023-cü il tarixindən etibarən İstehsal və əməliyyatlar departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, buna qədər bu vəzifədə Mülayim Səfərov idi. M.Səfərov 2023-cü ilin 1 iyunundan bu departamentin direktoru təyin edilib.

Oktay Abbasov 12 oktyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Səbail rayonu 49 saylı orta məktəbi bitirib. 2001-2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Avtomatika və İdarəetmə fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Rabitə Bank” ASC-də başlayıb və 2007-2013-cü illərdə “Unibank KB” ASC-də müxtəlif vəzifələrdə işləyib. 2013-2017-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Problemli kreditlərlə iş departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2018-2023-cü illərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Strateji inkişaf və kommersiya” departamentinin “Tədqiqat, innovasiya və startaplara dəstək” şöbəsində baş mütəxəssis, daha sonra “İstehsal və əməliyyatlar” departamentinin “Əmlakların icarəsi və xidmətlərin təşkili” şöbəsinin müdiri vəzifələrində işləyib/banker.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button