Kriminal

Qaxda mağazalardan oğurluq edən qadın saxlanıldı

Qax Polis Şöbəsinə rayon ərazisində yerləşən 3 mağazadan müxtəlif əşyaların və qadına məxsus əl çantasından pulun oğurlanması barədə müraciətlər daxil olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, müraciətlər əsasında Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları edən şəxsin Ağdam şəhər sakini Yaqut İbrahimova olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Y.İbrahimovanın əvvəllər də oğurluq və digər cinayət əməllərinə görə, dəfələrlə məhkum edilib və onun təqsirləndirilən şəxs kimi axtarışda olduğu məlum olub.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Daha çox
Back to top button
Close