Kriminal

“Azərsun Holdinq”dən 59 min manatlıq spirtli içki oğurlandı

“Azərsun Holdinq” MMC-də oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə şirkətin Abşeron rayonunda yerləşən anbarında qeydə alınıb.

Belə ki, MMC-nin anbarından 59 min manatlıq spirtli içki naməlum şəraitdə oğurlanıb.

Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Daha çox
Back to top button
Close