Kriminal

Gəncədə marketdə liftin şaxtasına düşən qız öldü

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb.

“Report”un məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində fəaliyyət göstərən “Bazarstore”a aid mağazada satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Mübariz qızı Əliyeva ehtiyatsızlıqdan marketin yük liftinin şaxtasına düşərək ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən A.Əliyeva orada ölüb.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button