Redaktor seçimi

Ordu quruculuğu siyasəti. Hərbi Təlimlər və Silahlı Qüvvələrə ayrılan dövlət vəsaiti

Xalqımızın qürur mənbəyi, ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı olan Silahlı Qüvvələrimiz müstəqilliyimizin ilk illərindən ağır və şərəfli yol keçmişdir. Hələ müstəqilliyinin ilk addımlarını atan ölkəmiz həmin dövrlərdə çətin sınaqlarla üz-üzə qaldı.

Qarabağ müharibəsinin başlanması, ölkə daxilində separatçı qüvvələrin baş qaldırması, hakimiyyət uğrunda gedən mübarizə, özbaşınalıq, vətəndaş qarşıdurmasına, sonda isə torpaqlarımızın işğalına gətirib çıxardı. Hər bir xalqın taleyində onun ən ağır məqamlarında köməyinə yetən bir rəhbər, öndər olur. Bizim xalqımızın da taleyinə onun xilaskarı olan Ümumilli Lider Heydər Əliyev yazıldı.

Belə bir ağır məqamlarda xalqımızın daima yanında olan Ümumilli Lider Heydər Əliyev ölkəmizi bu ağır sınaqdan çıxararaq daxili və xarici təhlükələrdən qorudu. Ölkəmizin parçalanmasının qarşısını aldı, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə başladı. Ulu Öndərin xalqın istəyi və seçimi ilə hakimiyyətə gəlməsi ölkəmizdə sabitliyin və suverenliyin bərqərar olunmasına imkan yaratdı.

Xalqımız bu ağır günlərdə dahi rəhbərin ətrafında sıx birləşdi. Torpaqlarımızın işğalı, vətəninin azadlığı uğrunda son damla qanına qədər vuruşan igid oğullarımızın şəhid olması xalqımızın mübarizə əzmini qıra bilmədi.

Xalqımız Ulu Öndərin başçılığı altında yenidən ayağa qalxdı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Silahlı Qüvvələrimiz də yenidən öz gücünə qovuşdu. Ölkənin inkişafı və daha da çiçəklənməsi uğrunda sabitliyin və əminamanlığın qorunub saxlanılması, vətəndaşlarımızın azad, təhlükəsiz bir cəmiyyətdə yaşaması üçün Ordu quruculuğunun vacibliyini nəzərə alan Ulu Öndər ilk növbədə bütün gücünü bu sahəyə yönəltdi.

Ulu Öndərin rəhbərliyi altında 1993-cü ilin dekabrında başlamış “Horadiz Əməliyyatı” 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun Füzuli rayonunun Horadiz qəsəbəsinə qələbə bayrağı sancması ilə başa çatdı. Bu Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri kimi tarixə yazıldı. Xalqımızda qələbəyə inam daha da gücləndi. Artıq Xalq və Prezident arasında birlik yarandı. Bu vəhdətdən güc alan Ulu Öndər Ordumuzun gücünü özünə qaytardı.

Atəşkəsin elan olunmasının ardından ölkəmizin əldə etdiyi iqtisadi-siyasi uğurlar Ordu Quruculuğu sahəsinə göstərilən diqqət və qayğını daha da artırdı. Ulu Öndər Silahlı Qüvvvələrimizin döyüş bacarığının yüksəldilməsi, Maddi Texniki Təminantının yaxşılaşdırılması istiqamətində dövlət proqramını hazırladı.

Silahlı Qüvvvəlirimizin arsenalının təkminləşdirilməsi, xaricdən döyüş texnikası, silah və sursatın alınması iatiqamətində öz tapşırıqlarını verdi. Hazırlanan dövlət proqramında Hərbi büdcənin yaradılması və bu sahənin daim diqqət mərkəzində saxlanılmasına öz tapşırıqlarını verdi. Ordumuzun hərbi büdcəsi hər il artmağa başladı. Hakimiyyətdə olduğu bütün dövrlərdə Ulu Öndər bu sahəyə həmişə diqqət və qayğı göstərmişdir.

Ulu Öndərin Ordu Quruculuğu sahəsində başlatdığı siyasəti bu gün Ölkə Başçısı İlham Əliyev uğurla davam etdirir.

Hakimiyyətə gəldiyi ilk illərdən bu sahəyə xüsusi diqqət və qayğı göstərən ölkə başçısı Ordumuzun təkminləşdirilməsi istiqəmətində attığı uğurlu addımların sayəsində bu gün Silahlı Qüvvələrimiz dünyanın ən qabaqcıl ordu sıralarında yer almaqdadır. Öz gücünə, maddi texniki bazasına, döyüş potensialına görə Qafqazın ən güclü orduları sırasında öndə yer almaqdadır. Bu gün Ordumuz İlham Əliyevin rəhbərliyi altında öz intibah dövrünü yaşamaqdadır.

Təkcə ölkəmizdə deyil dünya miqyasında da uğurla fəaliyyət göstərir. Belə ki, NATO-nun Sülh Naminə tərfdaşlıq proqramı çərçivəsində Sülhməramlı qüvvələrimiz Əfqanıstanda Terorizmlə mübarizə və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində uğurla fəaliyyət göstərir.

Ordumuz qürur mənbəyimizdir deyən ölkə başçısı bu gün Silahlı Qüvvələrimizin arsenalında dünyanın ən qabaqcıl silahlarının mövcud olduğunu qürurla qeyd edir. 2018-ci ildə Silahlı Qüvvələrimizin 100 illik yubileyi ilə bağlı keçirilən Hərbi Parad düşmənlərimizin qorxulu yuxusuna çevrilmişdir. Bu gün Ordumuz ən müasir silahlarla, uzaqmənzilli raketlərlərlə, Zirehli texnika və hava hücumundan müdafiə qurğuları ilə təmin olunmuşdur.

2005-ci ilin dekabrında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi bu gün dünyanın ən qabaqcıl silah sursat və hərbi texnika istehsal edən müəsisələri arasında yer almadadır. Bütün bu uğurlu siyasətin nəticəsində Ordumuz 2016-ci ilin Aprel döyüşlərində işğalçı Ermənistan üzərində inamlı qələbə qazanaraq Lələtəpə yüksəkləyini ələ keçirərək Cəbrayıl rayonun Cocuq mərcanlı kəndini işğaldan azad etdi.

Ardınca 2018-ci ildə Naxçıvanda Günnüt
zəfərini qazanmaqla Ordumuzun gücünü bütün dünyaya bir daha sübut etdi. Bu gün ordumuza ayrılan vəsait işğalçı Ermənistan Respublikasının illik dövlət gəlirlərindən çoxdur. Hərbi qulluqçuların sosial məişət şəratinin yaxşılaşdırılması istiqamətində bir çox komplekslər tikilib istifadəyə verildi. Hər il yeni hərbi şəhərciklər, hərbi məqsədlər üçün istifadə edilən strateji əhəmiyyətli mərkəzlər inşa olunur.

Bu məqsədlə hər il dövlət büdcəsindən Silahlı Qüvvələrə ayrılan vəsait daha çox üstünlük təşkil edir. Hərbi məqsədlərlə isrifadə üçün dövlət büdcəsindən ayrılan vəsait 2008-ci ildə 1 milyard 300 milyon manat idisə bu rəqəm hər il artaraq 2012-ci ildə 1 milyard 528 milyon 582 min manat, 2017-ci ildə 2 milyard 642 milyon manat, son ildə isə dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsait 3 milyard 354,2 milyon manat olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dövlət quruculuğunda Ordumuza göstərilən diqqət və qayğıdan n bəhs edərkən qeyd etmişdir; “Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Mən bəyan edirəm ki, orduya xərclənən vəsait bundan sonra da artacaqdır, biz ordumuzun maddi-texniki bazasını daha da gücləndirməliyik. Bütün bunları etmək üçün bizdə imkanlar var. Siyasi iradə var, Azərbaycanda sabitlik var”.

Bütün bunlar bir daha ölkə başçısının Silahlı Qüvvələrimizin fəaliyyət imkanlarının yüksəldilməsi istiqamətində apardığı dövlət siyasətinin təzahürüdür. Müdafiə Nazirliyi hər il təsdiq olunan döyüş hazırlığı planına əsasən taktiki təlimlər həyata keçirir. Bu təlimlərdə Ordumuzun döyüş və əməliyyat imkanları, qoşun növləri arasındakı əlaqə,hərbi qulluqçuların döyüş bacarıqları yoxlanılır.

Son günlərdə Azərbaycan Ordusunda 2020-ci ilin qəbul edilmiş döyüş hazırlığı planına əsasən taktiki-təlimlərə başlamış və müxtəlif vaxtlarda quru qoşunları, raket-artilerya bölmələri, hava hücumundan müdafiə və hərbi hava qüvvələrinin döyüş vərdişləri və potensialı yoxlanılır. Bu təlimlərdə həyəcan siqnalı ilə qalxma, təyin olunmuş marşurut üzrə hərəkət, cəmləşmə rayonunun tutulması, planlı qarşılıqlı əlaqə vasitələrinin qurulması kimi vərdişlər yoxlanılır.

Təlimlərin əsas məqsədi şərti düşmənin hücumunun qarşısını almaq, əməliyyatların aparılması zamanı qərərgahların və qoşun növlərinin idarəçiliyini yoxlamaq eləcə də HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Ümid edirik Ordumuz Təlimlərdə qazandığı bilik və bacarıqlar vasitəsi ilə işğal altında olan torpaqlarımızı azad edəcək, Xalqımızı daima öz şanlı zəfərləri ilə sevindirəcəklər. AZƏRBAYCAN ORDUSUNA EŞQ OLSUN

Fuad Muradov
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button