Mədəniyyət

Gəncə Teatrına ağır itgi üz verib

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinə ağır itki üz verib.

Teatrın Musiqi hissə müdiri Mustafayeva Tünzalə Ələddin qızı ömrünün 65 ilində gecə saatlarında vəfat edib. Bu barədə Analoq-a teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.

Onun sözlərinə görə, Mustafayeva Tünzalə Ələddin qızı 1955-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə M. Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunun “Musiqi” şöbəsini bitirib. 1979-cu ilin noyabr ayından 1994-cü ilin yanvar ayna kimi AKTA-nın tələbə klubunda “Bədii rəhbər” vəzifəsində çalışmış və burada “Xor” kollektivi yaradıb. 1994-cü ilin fevral ayından isə Gəncə Dövlət Dram Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışıb.

Bu müddət ərzində Tünzalə Mustafayeva bir çox yeni hazırlanan tamaşalara musiqi tərtibatı verib. Səmimi həmkarımızın əziz xatirəsi hər zaman qəlbimizdə əbədi olaraq yaşayaçaq. Allah rəhmət etsin” – deyə Anar Burcəliyev bildirib.

Analoq.az

Daha çox
Back to top button
Close