Cəmiyyət

Dostlarımızı yaxından tanıyaq -Psychological Wellness Clinic

Haqqımızda

Məqsədimiz, təhsilimiz və təcrübələrimizin nəticəsində formalaşan peşəkar hədəfimizlə, şəxsi məhrəmiyyətə və etik prinsiplərə üstünlük verərək insanların həyat keyfiyyətlərini artıracaq şəkildə psixoloji xidmət göstərməyi əsas tutmaq və elmi inkişaflar çərçivəsində psixologiyanın müxtəlif sahələri üzrə nəzəri və praktiki olaraq keyfiyyətli təlim, kurs və seminarlar təşkil etməkdir. Həmçinin, analitik və empatiya qabiliyyəti yüksək, araşdırmağa, öyrənməyə, yeniliklərə marağı olan, etik dəyərləri qoruyan psixoloqlar yetişdirmək də əsas məqsədlərimizdən biridir.

Eklektik anlayışla ölkəmizdə psixoloji konsultasiya mədəniyyətinin yayılması və davamlı zəminin formalaşmasına kömək edən komandamızın müasir, rasional, prinsiplərinə sadiq və məsuliyyətli yanaşması ilə müraciət edən şəxslərə uyğun psixoterapiya metodlarını tətbiq edərək onların psixoloji rifah halının sağlam şəkildə irəliləməsini hədəfləyirik.

Xidmətlərimiz

Psixoloji Dəyərləndirmə –

PSİXOLOJİ SAĞLAMLIĞINIZIN QAYĞISINA QALMAQ ÜÇÜN ONU İTİRMƏYİNİZİ GÖZLƏMƏYİN!

~ Psixoloji dəyərləndirmə müşahidə və ilkin görüş əsasında müxtəlif psixoloji üsullar vasitəsilə insanların bacarıqlarını, davranışlarını, şəxsi xüsusiyyətlərini, intellekt səviyyələrini, inkişaflarını dəyərləndirmə prosesidir.

Fərdi Psixoterapiya –

BUNU UNUTMAMALIYIQ Kİ, HƏR BİRİMİZ BƏNZƏRSİZ VƏ TƏKİK. HAMININ ÖZÜNƏMƏXSUS GÜCLÜ TƏRƏFLƏRİ VAR!

~ Fərdi terapiya şəxsiyyət xüsusiyyətlərimizi, yaşadığımız travmatik hadisələrin əks olunmasını, öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz halları və ya gələcəklə bağlı narahatlıqlarımızı terapiya əsnasında analiz edərək konsultativ xidmət verən sahədir.


Ailə və Cütlük Psixoterapiyası

İNSANIN ÖZÜNÜ SEVMƏSİ İLƏ BAĞLI ƏN MÜHÜM FAKTOR AİLƏDİR!

~ Ailə və cütlük terapiyası ailə və münasibətlərdə insanların bir-biri ilə ünsiyyəti, ailə sistemi, özdəyəri və sosial əlaqələrinin əhatəsində ailədaxili ünsiyyətin daha sağlam olması məqsədilə həyata keçirilən konsultativ üsuldur.

Uşaq və Yeniyetmə Psixoterapiyası –

MÜHÜM OLAN NƏ DÜŞÜNDÜYÜNÜZ YOX, NƏ HİSS ETDİRDİYİNİZDİR!

~ Uşaq və yeniyetmə psixoterapiyası insan inkişafının ən mühüm mərhələlərindən olan uşaqlıq və yeniyetməlik dövrünü yaşayan şəxslərə dəstək verən xidmət sahəsidir. Uşaq və yeniyetmələrdə həyatın yeni dövrlərinə adaptasiya olmaq, psixoloji sağlamlıqlarını qorumaq, yaşadıqları emosional, inkişaf və davranış problemlərinin öhdəsindən gəlmək, həyatda lazımi bacarıqları əldə etmək və sağlam inkişaflarını dəstəkləmək üçün peşəkar xidmət göstərir.

Qrup Terapiyası –

İNSANIN İNSANA EHTİYACI VAR!

Qrup terapiyası müəyyən sayda insanın vahid mövzu əhatəsində problemlərini, narahatlıqlarını, təcrübələrini paylaşdıqları terapiya prosesidir.

Online Psixoterapiya –

MƏSAFƏLƏR PSİXOLOJİ SAĞLAMLIĞIMIZIN QAYĞISINA QALMAĞA ƏNGƏL DEYİL!

Online terapiyanın ənənəvi (üz-üzə) terapiyadan heç bir fərqi yoxdur. Müəyyən səbəblərdən ənənəvi seanslarını davam etdirə bilməyən insanlar terapevtik münasibətin qırılmaması üçün online terapiya xidmətindən yararlanırlar. Ənənəvi terapiyada istifadə olunan psixoterapevtik üsul və texnikalar Online terapiya zamanı da tətbiq olunur.

Təşkilati Konsultasiya (Business Consulting ) –

Sistemin bütün komponentlərini tək-tək analiz edərək, mövcud yaxud ehtimal olunan əskiklikləri araşdırır, nəticədə müəyyən olunan natamamlıqların aradan qaldırılması üçün fikir formalaşdırır və planlanan fəaliyyəti müəyyən edir.

Praktik nümunələr üzrə analiz ( Case Study ) –

Müxtəlif psixoterapevtik texnikaların konkret nümunələr üzərindən analizi, şərhi və həmin istiqamətdə praktik bacarıqların formalaşdırılmasını tələbələr və bu sahə üzrə çalışan şəxslər üçün həyata keçiririk.
Seminar, Webinar, Workshop, Təlim, Kurs və
Konfranslar –

Yerli və xarici mütəxəssislərin iştirakı ilə staj proqramlarının keçirilməsi, peşəkar şəkildə praktik və nəzəri biliklərin seminar, webinar, workshop, təlim, kurs və konfranslar şəklində tələbələrə, psixoloqlara ötürülməsi, həmçinin fərqli mövzularda hər kəsin məlumatlanacağı, maariflənəcəyi seminar, webinar və konfransların da keçirilməsi nəzərdə tutulmuşdur.

Film, Kitab və Məqalə analizi –

Müxtəlif nəzəri yanaşmalar, məktəblər, tədqiqatlara əsaslanaraq film və kitablarda yer alan personajların psixoloji analizi, filmlərin sujet xəttinin psixoloji nəzəriyyələrlə analizini və son dövrlərdə aparılan tədqiqatlar əsasında yazılan məqalələrin təhlilini həyata keçiririk.

ψ Psychological Wellness Clinic

~ People start to heal, the moment they are heard..

Əlaqə:

~ Instagram : @psychological_wellness.co
~ clinicpsychologicalwellness@gmail.com
+994 70 619 63 23 ( Nərmin Quliyeva)
+994 51 344 81 24 ( Nərmin İsazadə )

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 11 Ortalama: 4.5]

Back to top button