Kriminal

Bakıda qadın özünü körpüdən atmaq istədi

Bakıda intihar etmək istəyən qadın son anda xilas edilib.

Analoq.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gənclik metrosu yaxınlığında qeydə alınıb.

Körpüyə qalxan gənc qadın özünü oradan aşağı atmaq istəyib.Daxili İşlər Nazirlyinin işçiləri qadını intihar etmək fikrindən daşındırıblar.

Xəsarətsiz ötüşən hadisədə qadın xilas olunaraq aidiyyəti qurumlara təhvil verilib.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button