Ölkə

Baş prokurora yeni müavinlər təyin olundu

Baş Prokurora yeni müavinlər təyin olunub.Analoq.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov tutduğu vəzifədən azad edilib. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.

Ölkə başçısı Baş prokurora daha iki yeni müavin təyin edib – Elmar Camalov və Nazim Rəcəbov.

N.Rəcəbov həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar.

Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.modern.az

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close