Rəsmi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Əliyev Əli Məmməd oğlu

İsmayılov Nazim Sultan oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button