Ölkə

Göyçayda məskunlaşan ağdamlı köçkünlər prezidentə müraciət ünvanladılar

“Dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə zamanında verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Xalqımızın bu çətin dövründə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir”.

Bu fikirlər Göyçay rayonunda məskunlaşan Ağdam rayonundan məcburi köçkünlər Aytəkin Əliyeva, Gültəkin Əliyeva, Gülyaz Əliyeva, Sevda Əliyeva, Aygün Qasımova və Aynurə Əliyevanın Prezident İlham Əliyevə ünvanladıqları məktubda əks olunub.

Məktub müəllifləri, həmçinin, qeyd edirlər ki, Prezidentin qətiyyətli addımlarının nəticəsi olaraq, artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. “Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhfəsini verməkdədir.

Gördüyünüz bütün tədbirlərdə əsas məqsəd vətəndaş məmnunluğunun artırılmasına hesablanıb. Bunlar xalq-Prezident həmrəyliyini artırır, Sizə olan inamı daha da gücləndirir” – deyə qeyd edirlər.Baki-xeber.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button