Dünya

Tramp ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxacağını bəyan etdi

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib.APA RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini bildirib: “Düşünürəm ki, Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Lakin Rusiya razılaşmaya riayət etmədi. Buna görə də onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var. Yenidən bir araya gəlmək üçün bir şey edəcəyik”.

Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko öz növbəsində bildirib ki, rəsmi Moskva tərəfindən sözügedən müqavilə pozulmayıb: “ABŞ-ın qaldırdığı bütün bu məsələlər Açıq Səma Müqaviləsinin məsləhət komissiyası çərçivəsində müzakirə mövzusudur”.

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close