Ölkə

Moskvada yaşayan iş adamı əsgərimizə avtomobil hədiyyə etdi-FOTO

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə videosu yayılan və avtomobil istəyən hərbçimizə sürpriz edib.

Bu barədə Tolik özü “İnstagram” səhifəsində paylaşım edib.

Tolik qeyd ki, dostlar, Raminin maşını alındı. Nömrəsini də sizə təqdim edirəm.

Maşının özünü isə Ramin özü gələndə sizə göstərəcəyəm, inşallah.

Mən burdan Moskvada yaşayan əslən naxçıvanlı dostumuz Bəxtiyara (Baxa) təşəkkür edirəm.

O, məndən Ramin üçün gözəl maşın alınmasını istədi. Hətta maşının nömrəsini belə Raminə zəng etdim və özü seçdi. Ramin Gədəbəy nömrəsi istəsə də, düşündük 99 ilə olsa yaxşıdır. RM isə Raminin soyadıdlr. 030 rəqəmini də özü seçdi.

Allah bütün əsgərlərimizin ürəyində olan arzuları gerçəkləşdirsin.

Allah dostumuz Baxadan da razı olsun və min əvəzini versin.

Maşının bütün pulunu Baxa verib və başqa heç kimin burada əziyyəti olmayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button