Ölkə

Mədəniyyət naziri postuna daha bir sürpriz namizəd

Mədəniyyət naziri Əbülfəs Qarayevin tutduğu vəzifədən azad olunmasından sonra ən çox müzakirə olunan mövzulardan biri yeni
nazirin kimliyi ilə bağlıdır. Sosial şəbəkələr və mətbuatda mədəniyyət naziri postuna bir sıra iddialı şəxslərin adları çəkilir onların arasında bir sıra sənətkarların, millət vəkilləri və dövlət qurumlarının rəhbərlərinin adları var. Hokm.az-a etibarlı mənbədən daxil olan məlumata görə mədəniyyən naziri postuna açıq iddiasını ortaya qoyan şəxslərdən biri də Səbail Rayon İcra Hakimiyyəti Başcısı Vüqar Zeynalovdu.

Vüqar Zeynalov Səbail RİH başcısı təyin olunanadək Bakı şəhər Mədəniyyət idarəsinin rəisi olduğunu əsas gətirərək nazir postuna oturmaq uğrunda ciddi mübarizəyə qoşulub. Etibarlı mənbələr Vüqar Zeynalovun şansının yüksək olmasını bildirirlər.hokm.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button