Cəmiyyət

“Magnit” mağazalar şəbəkəsi dövlətin qanunlarına niyə əməl etmir-VİDEO ŞİKAYƏT

Kiçik sahibkar Həşimov Ağazəd redaksiyamıza müraciət edərək bildirib ki, bu günə qədər kreditlə “Magnit” mağazalar şəbəkəsindən müxtəlif ev əşyaları alıb. Ödənşlərini də vaxtında ödəyib.Amma..
Son aylar ödəmədə problem yaranıb. Problem isə Həşimov Ağazədin mart ayının 24-dən işsiz olmasıdır.

Məlumdur ki, Nazirlər Kabinetinin qərarıyla ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində Sədərək, Binə və digər ticarət mərkəzlərinin fəaliyyəti dayandırıldı.

“Sədərək” ticarət mərkəzində kiçik ticarətlə məşğul olan A.Həşimovun da dükanı fəaliyyət göstərmədiyinə görə kredit borcunun ödənməsində çətinlik çəkir.

Analoq.az-a danışan şikayətçi qeyd edib ki, “Mənə bir neçə dəfə xəbərdarlıq zəngi edilib, borcumu bağlamağı bildiriblər. Mən də hər dəfə ölkədə pandemiya ilə əlaqədar olaraq, işsiz olduğumu bildirmişəm. Amma təəssüflər olsun ki, mənim işsiz olmağım və dövlət tərəfindən verilən qərarın onlara aid olmadığını soyuqqanlıqla bildiriblər.

“Magnit” mağazalar şəbəkəsinə məxsus olan nömrələrlə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də buna nail ola bilmədik.Mövzu ətraflnda qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button