Cəmiyyət

Ziyalılar Mərkəzindən xalqımıza Ramazan bayramı təbriki

İslamın müqəddəs bayramları içərisində Ramazan bayramı mühüm yer tutur.
Həyəcanla gözlədiyimiz 11 ayın sultanı olan Ramazan ayında,əhiyyə gecəsində müqəddəs “Qurani-Kərim” nazil olub.

İslamın əsas ibadətlərindən və beş şərtindən biri olan oruc da bu ayda tutulur.

Ramazan ayında oruc tutmağın mütləq olduğunu Allah-təala Bəqərə sürədinin 185 ayəsində buyurur: “Sizdən hər kim bu aya yetişərsə oruc tutsun.” (Bəqərə 185)

İbadət və səbir ayı olan Ramazanda Allahın mərhəmət və bağışlama qapıları açılır. Peyğəmbərimiz (s.ə.s) Ramazan ayında edilən səmimi dua, ibadət və yaxşı əməllərin Allah qatında daha dəyərli olacağını bildirmişdir.

Ramazan bayramı münasibətiylə Azərbaycan Ziyalılar Mərkəzinin rəhbəri tanınnış ilahiyyatçı,şair-publisit Tural İrfan müqəddəs bayram münasibətiylə xalqımızı təbrik edib.Analoq.az həmin təbriki olduğu kimi təqdim edir:

Bağışlanma, mərhəmət ayı olan Ramazan ayı başa çatmaq üzrədir. Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir, Allahdan uca xalqımıza bol ruzi, bərəkət arzu edirik.

Torpaqlarımızın düşmən tapdağından azad olmasını, dövlətimizin hər zaman güclü olmasını Allahdan arzu edirik.
Qoy uca Tanrı xalqımızı, dövlətimizi, sabitliyimizi bütün bəlalardan qorusun. Amin.

Ziyalılar Mərkəzinin kollektivi

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button