ÖlkəQarabağ

Vətən savaşına könüllü qoşulan məşhur idmançı doğulduğu XOCAVƏND RAYONUNDA-FOTO +VİDEO

Tanınmış idmançı Bəxtiyar Abbasov 30 noyabr 1985-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində andan olub.

Gənc yaşlarından qardaşı Şəhriyar Abbasovun təşəbbüsü ilə idmanla məşğul olmağa başlayan Bəxtiyar Abbasov əvvəllər idmanın cüdo və sambo növləri ilə məşğul olsa da sonradan idmanın qaydasız döyüş növündə də öz gücünü sınayıb.

Bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə edən Bəxtiyar Abbasov 2012-ci ildə cüdo üzrə beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.

Bəxtiyar Abbasovun uğurları :

Pro FC-GPG çempionu
Pankration üzrə Dünya çempionu
Sambo üzrə Dünya çempionu
Döyüş Sambosu üzrə Dünya çempionu
Jiu-jitsu üzrə Dünya çempionu
Əlbəyəxa döyüş üzrə Dünya çempionu
Sambo üzrə Dünya Kubokunun çempionu
Döyüş Sambosu üzrə Avropa çempionu
Sambo üzrə Azərbaycan çempionu
Cüdo üzrə Azərbaycan çempionu

Xatırladaq ki, 2015-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutan Bəxtiyar Abbasov qaliblərin mükafatlandırılması zamanı Ermənistan himninə ayaq üstə deyil, oturaraq qulaq asıb.

İkinci Qarabağ savaşına könüllü yollanan məşhur idmançının doğulduğu Xocavənd rayonunda olan video görüntüsünü təqdim edirik :

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button