CəmiyyətElm və təhsil

“Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub” – Arzu Nəzərova

11.09.2017-ci il tarixdə ölkə prezidenti İlham Əliyevin yaxından tanış olduğu Səbail rayonunda yerləşən 162 saylı məktəb bu gün Bakının ən qədim, ən yaxşı məktəblərindən biri sayılır.

100 yaşlı bu təhsil ocağı 2017-ci ildə Səbail rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq, istifadəyə verilib. Təmirdən sonra məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş fizika, biologiya, kimya, informatika kabinetləri, ekosinif fəaliyyət göstərir.

650 yerlik əsas korpusdan ibarət, 5 günlük və 3 növbəli iş rejimində işləyən məktəbdə hazırda 58 sinif komplesində 1515 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 108 nəfərdən ibarət pedoqoji kollektiv üzvlərindən bir nəfər elmlər namizədidir. Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris olunur.

Bununla bərabər 162 saylı orta məktəbdə ölkənin ictimai -siyasi, mədəni həyatında baş verən hadisələrə həsr olunan silsilə tədbirlər də keçirilir. Bu günə kimi məktəbdə keçirilən bir çox tədbirlər yüksək səviyyədə təşkil olunub.

Birinci Qarabağ Vətən müharıbəsindəTərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyan 162 saylı məktəbdə tez -tez Qarabağ müharibəsinin iştirakçıları, şəhid və qazi ailələriylə görüşlər keçirilir. Hər il Zəfər günü ilə bağlı keçirilən təntənəli tədbirlər xalqımız kimi şagirdlərin də ən sevimli, fərəhli günününə çevrilib.

2023- cü il Ulu öndər Heydər Əliyev ili kimi respublikamızın hər yerində təntənə ilə qeyd olunur. Səbail rayonu 162 nömrəli tam orta məktəb də bu təşəbbüsü böyük fərəh və ruh yüksəkliyi ilə qeyd edib. Belə ki, Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə məktəbin direktoru Arzu Nəzərova başda olmaqla məktəb müəllimlərinin və bir qrup şagirdlərin təşkilatçılığı ilə 05.05.2023-cü il tarixində Fəxri Xiyabanda dahi liderin məzarı ziyarət edilib.

Ziyarət ərəfəsində məktəbin direktoru Arzu Nəzərova şagirdlərə xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd edib .

Direktor çıxışı zamanı müasir tariximizin banisi Heydər Əliyevin Vətən təəssübüsü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi , mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olduğunu bildirib. Onun dahilik, liderlik işığının vətənimiz üçün bir mayak olmasını xüsusi qeyd edərək, tarixi ideyalarından ürək dolusu danışıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button