Ölkə

Saatlıda kəndlilər əkdikləri torpaqları suvarmaq üçün su tapmırlar-VİDEO

Saatlının Məzrəli kənd sakinləri pambıq sahələrinin suvarılmasında çətinliklə üzləşiblər. Onlar pambıq sahələrində çiyid səpini aparsalar da, sahələrini suvara bilmirlər.

Kəndlilər əkdikləri torpaqları suvarmaq üçün su tapmırlar..

Saatlının Məzrəli kəndində bir neçə sakin icarə əsasında torpaq sahəsi götürərək orada pambıq və digər əkin işləri aparıblar. Sahələrinə su verilməməsi səbəbindən səpdikləri pambıq toxumları elə torpağın altında qalaraq məhv olur..

Fermerlər qeyd edir ki, torpağı icarəyə verən şəxs əvvəlcədən bildirib ki, ərazidə su problemi var. Lakin aidiyyatı qurumdan onlara suvarma ilə bağlı hər hansı bir çətinliyin olmayacağını bildiriblər. Pambıq səpini aparıldıqdan sonra problemlər ortaya çıxıb.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərüfatı ASC-nin Saatlı Suvarma Sistemləri İdarəsindən bildirilib ki, sözügedən ərazi bu ilin aprel-may ayları ərzində su ilə təmin olunub.

Sakinlər yenidən Suvarma Sistemləri İdarəsinə müraciət ediblər. Onlar bu ərəfələrdə sahələri suvarmaq istəyirlər ki, toxum cücərə bilsin.xezerxeber.az

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close