Mədəniyyət

“Bir səbət tənhalıq” tamaşası yenidən teatrsevərlərin ixtiyarına veriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası mayın 24-də sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.

Analoq.az xəbər verir ki, müvafiq olaraq saat 19:00-da izləyicilərin ixtiyarına veriləcək səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Rejissor Nofəl Vəliyev tamaşa haqqında məlumat verərək çox aktual bir məsələ qoyulduğu üçün bu pyesə müraciət etdiyini bildirib. O, tamaşada əlil insanların cəmiyyətə inteqrasiya olunmasının diqqət mərkəzində olduğu qeyd edərək vurğulayıb ki, heç kim qüsurlu doğulmaqdan sığortalanmayıb.

Tamaşada söhbət mənəvi tənhalıqdan gedir, səhnə əsəri iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button