Ölkə

Astaralı Qarabağ qazilərinin Prezident İlham Əliyevə müraciəti

Astaradan olan Qarabağ qaziləri də Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Qazilər qeyd edirlər ki, dünyanı bürüyən koronavirus pandemiyasından xalqımızı qorumaqdan ötrü Prezidentin atdığı qətiyyətli addımlar Qarabağ qazilərini də ölkə başçısına minnətdarlıq etməyə sövq edib. “Biz müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Sizin bu gün bütün bəşəriyyəti sarsıdan, qorxulu və gözəgörünməz düşmənlə mübarizədə xalqımızın təhlükəsizliyini yüksək səviyyədə təmin etməyiniz böyük qəhrəmanlıq nümunəsidir. Dünyanın güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, xalqımız və dövlətimiz Sizin rəhbərliyinizlə cüzi itkilərlə bu təhlükəni adlamaqdadır. Yoluxma risqi böyük olan sərhəd bölgəsinin vətəndaşları olaraq normal həyatımıza davam edirik. İnanırıq ki, xalqımız bu qorxunc xəstəliyə qalib gələcək. Əslində, Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik. Hər dəfə siyasət meydanlarında məntiqli fikirləriniz, tutarlı sübutlarınız qarşısında çaş-baş qalan Ermənistan rəhbərliyini gülünc vəziyyətdə görüncə Sizə inamımız, sevgimiz, rəğbət və ehtiramımız birə min artır”.

Astaradan olan Qarabağ qaziləri, həmçinin, işğal altında olan torpaqlarımızın Prezidentin dönməz iradəsi və qətiyyəti ilə tezliklə azad ediləcəyinə, müqəddəs bayrağımızın qədim Şuşada, Xankəndidə əzəmətlə dalğalanacağına inandıqlarını ifadə ediblər. “Biz qazilər hər an Sizinləyik, Sizin əmrinizə müsəlləh əsgər kimi hazırıq” – deyə onlar yazıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button