Cəmiyyət

Rizedə kişi 30 illik həyat yoldaşını öldürdü

Türkiyənin Rize bölgəsində 29 may gecə saat 01.00- da 53 yaşlı Həsən Çerman 30 illik həyat yoldaşı Rukiye Çermanı 3 dəfə bıçaqlayaraq öldürüb.Analoq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Həsən Çerman həyat yoldaşı ilə birgə topladığı çaydan gələn gəliri xərclədiyinə görə münaqişə yaranıb və bıçaqlanan qadının səsini eşidən qonşular hadisə yerinə təcili tibbi yardım və polis çağırıblar. Ancaq 2 uşaq anası Rukiye Çermanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 53 yaşlı Həsən Çerman hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət işi ilə bağlı araşdırma davam edir.

Aynurə Niyazqızı

Analoq.az

Daha çox
Back to top button
Close