CəmiyyətMüsahibə

“Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur”-VAHİD ƏHMƏDOV

Deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.Modern.az-ın xəbərinə görə, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıqovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aerportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın. Ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, ehtiyac yaransa, müdafiə nazirini bura dəvət edərik o da təkliflərini verər:

“Biz hardan bilirik ki, müdafiə naziri Ali Baş Komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr Azərbaycan raket atmalıdır, Şuşa bombalanmalıdır. dedilər. Bu artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur. Biz bu məsələdə çox soyquqanlıllqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. 90-cı illərin yanaşması ilə bu məsələyə yanaşmaq doğru deyil. İndi dayandoldurum dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas yanaşmalıyıq”.

Analoq.az

Daha çox
Back to top button
Close