Gündəm

“Biz Belarus numunəsini tətbiq edə bilərik”-ELÇİN BAYRAMLI

Elçin Bayramlı: “Dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə yüngül və aqrar sənayenin böyük bir istehsal zəncirini yarada bilər”

Aqrar sektor Azərbaycanda ən çox potensialı, ən yüksək perspektivi olan sahədir. Hətta neft sektoru belə onun yanında kölgədə qalar, əlbəttə bu potensialdan istifadə edə bilsək. Hazırki vəziyyətdə bizim aqrar sektor xaotikdir. Məsələn, bir il bir məhsul həddən çox əkilir, bazarda su qiymətinə olur, istehsalçılar zərərə düşür, o biri il heç kim əkmir və bazarda od qiymətinə olur, istehlakçılar zərər çəkir. Bu kimi çoxsaylı faktlar onu göstərir ki, planlaşdırılmış təsərrüfat sisteminin analoqu yoxdur. Bu halda kənd təsərrüfatı əkinləri optimal tənzimlənər və bütün məhsullar tələb olunacaq həddə istehsal olunar. Bundan əlavə, elektron sistem vasitəsilə xarici bazarlar araşdırıla bilər və bizdə tələbatdan artıq istehsal olunmuş məhsulların ixrac edilməsinə köməklik göstərilə bilər. Ümumiyyətlə, fikrimcə, dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə kənd təsərrüfatı ilə yanaşı, həm də yüngül sənaye (qeyri-ərzqaq) və aqrar sənaye (ərzaq üzrə) böyük bir istehsal zənciri yarada bilər. Ölkənin potensialından istifadə olunar, işsizlik aradan qalxar, paytaxta cəmlənmiş əhalinin müəyyən hissəsi regionlara qayıdar, ÜDM artar, büdcəyə ödənişlər çoxalar, idxaldan asılılıq azalar, ixrac imkanları genişlənər. Beləliklə, tarazlı və davamlı inkişaf prosesi gedər. Burada innovasiyaların tətbiqi əlbəttə lazımdır, lakin bir şərtlə ki, təbii metodlardan istifadə olunsun, artlq məhsul naminə GMO texnologiyalarından və zərərli kimyəvi dərmanlardan istifadə olunmasın. Biz Belarus nümunəsini götürüb tətbiq edə bilərik. Dünyada ən effektiv aqrar sistemdir. Tam keyfiyyətli, zərərsiz aqrar məhsulların ixracından yaxşı gəlir əldə edir. Dövlət aqrar sektora güzəştli kreditlər və subsidiyaları artırmalı, fermerlərlə növlər üzrə məhsul istehsalının tənzimləməsi üçün koordinasiyalı işləməlidir. İstehsal olunan məhsulları dövlət almalı və özü bazara buraxmalıdır. Əlbəttə, könüllü şəkildə, yəni məhsulunu satmaqda çətinlik çəkənlərdən. Bundan başqa, bazarlar alverçi mafiyasından təmizlənməli, məhsul istehsal edən kəndlilər bazar və yarmarkalara manesəiz giriş imkanı ilə təmin edilməlidir. Bu tədbirlər görülsə, qısa müddətdə ölkədə məhsul bolluğu və ucuzluğu yaratmaq olar. ÜDM- isə azı 2 dəfə artırmaq olar.

Analoq.az

Daha çox
Back to top button
Close