Dünya

Güclü fırtına Tac Mahal məbədinə dağıtdı

Güclü fırtına Tac Mahal məbədinə 26.500 dollar zərər vurdu.Analoq.az xarici mətbuata istinadən xəbər verir ki,Hindistanın Aqra şəhərindəki Tac Mahal məbəd kompleksinin bəzi hissələri ölkənin şimalından əsən güclü fırtınadan dağılıb və Hindistan Arxeoloji Tədqiqat Təşkilatı abidəyə 26.500 dollar məbləğində zərər dəydini bildirib.

Tac Mahalın qübbələrini təmizləmək üçün qurulmuş dəmir dirəklərin aşması nəticəsində yerdəki mərmərlər zədələnib, bağdakı çoxlu ağacı yerə yıxıb.

Xatırladaq ki, YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan, dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal mart ayından bəri pandemiya ilə əlaqədar ziyarətçilər üçün bağlı idi.

Aynurə Niyazqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button