Gündəm

“Əbülfəz Qarayev bütün pulları arvadının vasitəsiylə xaricə daşıyıb”-HAFİZ HACIYEV

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin “Musavat tv” -nin efirində olan çıxışı izləyicilər arasında maraqla qarşılnıb. Partiya sədri qeyd edib ki, seçilən adamlar kim tərəfindən təyin edilibsə çıxsın ortalığa.
Parlament buraxılmalı, payızda yenidən seçki keçirilməlidir. O boyda parlamentdə bir Vahid Əhmədov xalqın sözünü dedi.Tapşırıqla təyin olunanların bir hissəsi susdu, bir hissəsi də Vahid Əhmədovun üstünə gedir. İstəyirlər ölkədə gərginlik olsun, vəziiyət ağırlaşsın. Bunlar da milyardlarını qazansın. Bərdənin icra başçısı “Niva”da rüşvət alır. Tərtərin icra başçısı YAP-ın binasının qabağını hördürüb, bağlatdırıb ki, onu görən olmasın. Hökümət üzvləri susur.Yuxudan saat 11-12-də oyanırlar. Hovuzlarında çimirlər, məşuqələriylə görüşürlər. Şəxsi biznesləriylə məşğul olurlar.
Cəmil Həsənli bığ buraxıb. Bığı mübarək olmamış. Çəkilin müxalifətdən, müxalifətliyimizi eləyək. Tağı Əhmədov deyir ki, üç milyonu bağışladım. Sənin dədənin qotur eşşəkdən başqa nəyi vardı?

Şəmkirdə su anbarının müdiri Məmmədov Vaqif camaata bir qram su vermir.Gəncəbasar zonasında sahibkarların əkdikləri məhsullar susuz qalıb.Heç kimi də saymır.Bu adam neynir?Dövlət başçısının ünvanına axşama qədər nəlayiq ifadələr işlədir.Həm dövlətin pulunu yeyir, həm dövlətin içində özünə klan yaradıb və cənab prezidentin də tapşırıqlarını yerinə yetirmir.Belə bir özbaşnalıq belə bir paradoksal hal baş verib.

Verilişdə Hafiz Hacıyev sizin fermalarınız, villalarınız varmı sualına belə cavab verib.

– Mənim heç nəyim yoxdur. Göygöldə ata evim var. Hamınızı ora qonaq dəvət edirəm. Gedin soruşun başqa harda nəyim varsa verirəm sizə. Ziya Məmmədovun 50 milyon dəyərində olan villası var. Eşitmişəm satır. Maraqlanmaq lazımdı o evi hansı pulla tikib?

Analoq.az

Hafiz Hacıyev "Canlı debat"da

Hafiz Hacıyev "Canlı debat"da

Yeni Musavat Qəzeti paylaştı: 1 Haziran 2020 Pazartesi

Daha çox
Back to top button
Close