Ölkə

“Azərbaycanda əhalinin bütün təbəqələri vuruşmağa hazırdır”-Politoloq

“Danışıqlar prosesi hələki qalır, lakin Azərbaycan danışıqların yekununda heç nəyə nail olmasa, Qarabağ ətrafında böyük və kiçik toqquşmalar baş verəcək”.Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni müharibə daha pis olacaq, bu baxımdan, tərəflər sülhə aparan danışıqların davamına hələ də ümid edir.

“Proses yalnız konkret qərarlar zamanı tərpənəcək, formal söhbətlər heç nəyə yaramır. Formalizm birbaşa müharibəyə aparır. Azərbaycanda əhalinin bütün təbəqələri vuruşmağa hazırdır. Bu da vətəndaş cəmiyyətində həmrəyliyin nadir nümunəsidir. Ermənistan bu amili unutmamalıdır”, – politoloq bildirib.

Torfimçuk hesab edir ki, Ermənistan mövcud “həll planları”ndan daha çox, Azərbaycandan narahat olmalıdır: “Çünki Azərbaycan heç vaxt sakitləşməyəcək və onu gözləmək lazım deyil ki, Bakının təzyiqi getdikcə zəifləyəcək. Azərbaycanı ən çox əsəbləşdirən 2016-cı ildə “aprel müharibəsi”ndən sonra da danışıqların heç bir nəticə verməməsidir”.

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close