Cəmiyyət

“Nikol Paşinyan hökuməti Azərbaycanın əsəbləri ilə oynadığı bəllidir”-Erməni zabiti

Azərbaycan ordusu haqqında erməni mətbuatında müxtəlif araşdırma yazılar gedir. Mütamadi olaraq erməni mətbuatı ordumuzun gücünü analiz edir, erməni ordusunun “qüdrəti” haqqında yazılara yazırlar.

Ehtiyyatda olan erməni zabiti, 2016-cı ilin apparel döyüşlərində yaralanaraq ordudan tərxis olunan Edik Muradyan ysu.am saytına açıqlamasında maraqlı nüanslara toxunub:”İndiki erməni hakimiyyətinin hansı fikirdə olduğu olduqca müəmmalıdır. Nə danışıq prosesi, nə də ordunun inkişafı onları maraqlandırmır. Olduqca qəribə bir sitiuasiya yaranıb. Amma Nikol Paşinyan hökuməti Azərbaycanın əsəbləri ilə oynadığı bəllidir.

Azərbaycan apreldəki kimi döyüşə başlasa biz darmadağın olacayıq. Apreldə Ohanyan xətti bir anda darmadağın edildi. Azərbaycan əsgəri bizim üçün qorxulu yuxudur. Bunu orduda olmayanlar başa düşmək istəmirlər. Son günlər hökumətin atdığı addımlar Azərbaycanın səbr kasasını daşırıb. Mənə elə gəlir Azərbaycan müharibəyə başlayacaq. Onda bizə Rusiya da yardımçı olmayacaq. Çünki Paşinyan Rusiya ilə “körpü”ləri yandırdı…”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button