Dünya

Xocalı soyqırımında ermənilərlə yanaşı, PKK-nın da “möhürü” var

Türkiyənin “Cümhuriyyet” qəzeti PKK-nın xüsusi təyinatlı qüvvələrini Qarabağa göndərməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, PKK yaraqlıları ermənilərə hərbi təlimlər keçməkdədir.Maraqlıdır, Qarabağda PKK-nın varlığı ilə bağlı Türkiyə mediasında yer alan məlumatların rəsmi Ankaranı Qarabağda anti-terror əməliyyatına başlamağa sövq etməsi mümkündürmü?

Azərbaycanın öz ərazisində belə bir əməliyyata başlamaqla bağlı Türkiyəyə edəcəyi hər hansı müraciət, türk ordusunun Qarabağda anti-terror əməliyyatına başlaması üçün hüquqi əsas sayıla bilərmiModerator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Trükiyənin Qarabağda belə bir əməliyyat aparmasının arzuedilən olduğunu vurğuladı:

“Hesab edirəm ki, işğal edilmiş torpaqlarımızdakı PKK terrorçularına qarşı anti-terror əməliyyatı aparması üçün Azərbaycanın Türkiyəyə icazə verməsinə ehtiyac yoxdur. Beynəlxalq hüquq bunu tələb edir.

İkincisi, PKK-nın Qarabağda olması ilə bağlı hələ 25-30 il bundan öncə məlumat vermişdik. Mən Xocalının Deputat İstintaq Komissiyasının üzvü idim. O vaxt biz ruslardan bir sıra məlumat almışdıq. O zaman Monte Melkonyan öldürüldü. O, ASALA-nın ən üzdə olan adamlarından biri idi. Sonra məlum oldu ki, PKK və ASALA “əkiz qardaş”dılar. Hər ikisi Suriyada fəaliyyət göstərib. PKK-nın yaranmasında ASALA-nın böyük rolu olub. Öcalanın da bir tərəfi ermənidir.

PKK-nın Qarabağda olması hələ 90-cı illərin əvvəllərindən məlum idi. Biz o zaman istintaq apardıq. 20 noyabrda verttolyotun vurulmasında da onların rolu olub. Məlum oldu ki, bu məsələdə əli olan şəxslər İran ərazisinə keçiblər. Ondan sonra iz itmişdi. Bu məsələdə ASALA ilə yanaşı, PKK-nın da iştirakı olmuşdur.

Həm PKK, həm də ASALA-da erməni kökənlilər lazım olanda özlərini türk kökənli kimi təqdim edirlər. PKK və ASALA arasındakı ünsiyyətdə əsas danışıq dili erməni dilidir. Biz o vaxt çoxlu danışıqlar əldə etmişdik.

Xocalı soyqırımının törədilməsində də PKK birmənalı şəkildə öz möhürünü qoyub. Xocalıda azərbaycanlıları aldadıb saxladan, bununla da itkilərin çox olmasına zəmin yaradan ermənilər yox, PKK-çılar olub. Əvvəllər ermənilər PKK-nın bu məsələdə iştirakını danırdı. Sonradan ruslarla araları dəyəndən sonra etiraf etməyə başladılar ki,” biz Türkiyədən gələnlərə maneçilik törədə bilmədik”.

PKK Türkiyə ilə yanaşı, Azərbaycan üçün də bəladır. Bizə qarşı vuruşanlar əsasən PKK-ASALA üzvləri olub. Ermənilər çox qorxaqdılar və vuruşa bilmirlər. Mən bunu müharibə iştirtakçısı kimi deyirəm.

Beynəlxalq hüquq Türkiyənin Qarabağda anti-terror əməliyyatı aparmasına imkan verir. Türkiyə Qarabağa yalnız Azərbaycan ərazisindən girə bilər. Çünki İran buna imkan verməyəcək. Duamız bu olar ki, Türkiyə tezliklə Qarabağda anti-terror əməliyyatı aparsın”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button