Mədəniyyət

Bu şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif edildi

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarı ilə Vaqif Səmədoğlu irsinin təbliğində iştirakına görə bir qrup yaradıcı insan “Vaqif Səmədoğlu” medalı ilə təltif edilib.

Bu barədə Kult.az-a Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Onun sözlərinə görə, mərkəzin 4 iyun 2020-ci il tarixli keçirilən İdarə Heyətinin qərarına əsasən, aşağıda adları qeyd olunan şəxslər “Vaqif Səmədoğlu” medalı ilə təltif ediliblər.

1. Ramiz Həsənoğlu –Xalq artisti , rejissor

2. Valeh Kərimov –Xalq artisti

3. Afaq Bəşirqızı- Xalq artisti

4. Kamran M.Yunis –aktyor, bədii qiraətçi

5. Xəzər Süleymanlı – bədii qiraətçi

5. Ülviyyə Heydərova – yazıçı

6. Nəzrin Hüseynli – ədəbiyyatçı

7. Kamran Əsədov – heykəltaraş

8. Səməd Vəkilov – hüquqşünas

Nüşabə xanım onu da qeyd edib ki, hazırda ölkədəki vəziyyətlə bağlı təqdimat mərasimi başqa vaxta keçirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button