Ədəbiyyat

Mətləb Kamilin yuxusuna gələn böyük əfəndi

Salam olsun məni eşidənlərə, eşidərək duyanlara, duyaraq yaşayan və yaşadıqlarını anlayan kəslərə. Sizə kimdən deyim, kimdən danışım, rəhmətlik Mirzə Əkəkbər Sabirdən. O, Sabirdən ki, ölüm ayağında demişdir: ” Mən vücüdumda olan bir parça əti xalqıma fəda etdim, Allah imkan versəydi bütün vücudumi xalqıma fəda edərdim”.
Onu da xatırladım ki, bu Sabir əfəndi yoxsulluq və səfalət içində qaraciyər xəstəliyindən dünyasını dəyişmişdir. Bu məsələnin bir tərəfi. Keçək əsas məsələyə. Bu rəhmətlik bir gecə yuxuma gəldi və mənə dedi: ” Ay yatmışlar, yatıb batmışlar, diriykən ölülər. Bir əsrdir yoxam məni ölmüş bilirsiz amma görün kim ölü kim sağdır və mənə bir beytini xatırlatdı:

Bənzəmərik dünyada hər millətə,
Biz dözərik ölkədə hər zillətə,
Nuru boğub yol açarıq zillətə,
Mindiyimiz kor yabıdan düşmərik,
Yadlara qul, döğmalara düşmənik.

Mən də eləmədim tənbəllik Sabir əfəndini bu beytinə bir nəzirə yazdım:

Ay rəhmətlik, dünya baxır xor bizə,
Öləndə də dar olacaq gor bizə,
Haqlıdırlar, nə etsələr zor bizə,
Sən kimlərin qədrini biz bilmərik,
Yadlara qul doğmalara düşmənik.

Sərvəti bol, dilənməyə məhkumuq,
Sadəlöhvük, tez aldanan mahsumuq,
Əzilmişik, bax biz belə məzlumuq,
Kor olmuşuq sağ-solunu görmərik,
Yadlara qul, doğmalara düşmənik.

Əsrlərlə sovqat olduq, pay olduq,
Qan qarışdı satqın olduq, zay olduq,
Utanmadıq, gör kimlərə tay olduq?
Bu dəhşətlə yaşayarıq, ölmərik,
Yadlara qul, doğmalara düşmənik.

Mətləb Kamil.

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close