Cəmiyyət

Azərbaycanlı gənclər Tbilisidə etiraz aksiyası keçirir

Tbilisidə Gürcüstan parlamentinin arxa giriş qapılarının önündə azərbaycanlı gənclər etiraz aksiyası keçirir.

Analoq.az xəbər verir ki, onlar “Mən diaspor deyiləm!!!” şüarı səsləndirirlər.

İştirakçılar qanunverici orqanda Milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurasının Diaspor və Qafqaz Məsələləri üzrə Komitəsinin nəzdində yaradılmasına etiraz edirlər.

Aksiyaçıların sözlərinə görə, şuranın qeyd edilən komitə daxilində təsis olunması təsdiqləyir ki, Gürcüstan parlamenti və hökuməti ölkədə yaşayan milli azlıqları diaspor kimi qəbul edir.

Aksiyada “Salam” platformasının üzvləri, fəal gənclər iştirak edirlər. Lelo Partiyasının nümayəndəsi, keçmiş prezidentin milli azlıqlar üzrə məsləhətçisi Sofio Şamanidi də etirazçılara qoşulub. Report

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button