Cəmiyyət

Özbəkistan mətbuatında Əhmədiyyə Cəbrayılov haqqında məqalələr verilib

Özbəkistanın Fikr.uz, Nargis.uz və “Veçernıy Taşkent” sayt və qəzetlərində İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Azərbaycan xalqının qəhrəman oğlu Əhmədiyyə Cəbrayılov haqqında məqalələr verilib.

Məqalələrdə faşizmlə mübarizədə Əhmədiyyə Cəbrayılovun göstərdiyi qəhrəmanlıqdan bəhs olunur.

Qeyd edilir ki, faşizm üzərində Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibədə 600 min azərbaycanlı iştirak edib, onlardan 300 mini həlak olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button