Ölkə

İmişlidə İcra numayəndəsindən şəhid ailəsinə hörmətsizlik

İmişli rayonunun Cəfərli kəndində yaşayan şəhid bacısı Qurbanova Ədibə Şahlar qızı qedim.az -a şikayət məktubu ünvanlayıb.Analoq.az həmin şikayət məktubunu olduğu kimi təqdim edir:

Ədibə xanım bildirir ki, qardaşı Qurbanov Elman Şahlar oğlu şəhid olduğdan sonra Dövlət proqramına və hörmətli prezident ulu öndər Heydər Əliyevin 1994 – cu ildə töfsiyyə və tapşırıqları əsasında, şəhid ailələrinə əvəzsiz olaraq torpaq sahəsi ayrılması müqabilində bizim ailəyə də İmişli rayonunun Cəfərli kəndində bir hektar torpaq sahəsi verildi. Uzun illər kənd təsərrüfatı məhsullari əkib – becərdik, və bununla da öz dolanışığımızı qisməndə olsa təmin edirdik. Lakin kənd İcra numayəndəsi Asəf Ələsgərov Heydər Əliyev tərəfindən bizə ayriylmiş topaq sahəsini əlimizdən alaraq öz doğma bibisi oğluna verdi.

Ədibə xanım qeyd edir ki, Asəf Ələsgərova dəfələrlə bu torpağı bizə ulu öndər Heydər Əliyev verib bu bizə ulu öndərdən və qardaşımız dan əmanətdir desəkdə Asəf Ələsgərov artiq Heydər Əliyev yoxdur indi biz varıq deməkdən də çəkinmədi. Ədibə xanım öz şikayət dolu məktubunda qeyd edir ki, biz Asəf Ələsgərova xahiş minnət etsəkdə o, bizə gedin hara şikayət edirsiniz edin, çünki sizin torpağınızın sənədi yoxdur, məndən qabaq bu vəzifədə işləyən kimidisə o, sənədləşdirməli idi. Mənə heçnə edə bilməzsiz bu vəzifəyə məni yuxarilar təyin edib. Ədibə xanim deyir ki, çarəsiz qalib RiH-nin aidiyyati şöbələrinə muraciət etsəmdə bizi – məni təhqir etməkdən belə çəkinmədilər. Qardaşim şair – döyüşçü idi. Sağ qalsaydi indi məni təhqir edənlər kreslosunda otura bilərdi…

Xahiş edirəm cənab prezident məsələni tam obyektiv hərtərəfli araşdirilib torpağimizin bizə qaytarimasina kömək edəsiniz. Cənab prezident atam rəhmətlik Şahlar kişi kasib olduğundan onuda eşitmədilər. Atam o, topağin ərazisində işləyərkən dunyasini dəyişdi.

Ümüdüm tək sizədir cənab prezident!

Bizdə redaksiya olaraq öz növbəmizdə cənab prezident son zamanlar bəzi qudurğan məmurlar tərəfindən ulu öndər Heydər Əliyev adi ilə bağli olan nə varsa sanki aradan qaldirilmasini görürük, və bu da bizi cox üzür, bunlardan biri də, Ədibə xanimin ailəsinə Heydər Əliyev tərəfindən verilmiş torpaq sahəsidir ki, bu da göz qabağindadir. Və bu o, anlama gəlir ki, artiq İmişli rayonu Cəfərli kənd icra numayəndəsi Asəf Ələsgərov da H. Əliyev elitarliğina biganədir. Bizi susdurmaq üçün göndərdiyiniz 50 – manat 50- min manat olsada biz əqidəmizi dəyişən, sizin kimi şəhiddən qazanc götürən deyilik. Və sonda burdan bizdə Asəf Ələsgərova deyirik ki, Asəf “müəllim” Allah və yaxud vətən yolunda ölənlərə ölü deməyin buyurur uca Allah.

Yazini diqqətimizdə saxlayacayiq

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button