Gündəm

“Nəhəng ərazilər yer üzündən silinəcək,zəlzələlər olacaq”-ŞOK PROQNOZ

Dünyaca məşhur baxıcı Vanqa 2020-ci ildə yerin asteroidlə toqquşacağını deyib.
Bu məlumatı bir vaxtlar baxıcının tanışı olmuş jurnalist Sergey Kostornoy yayıb.

Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirib.

“Planetar fəlakət baş verəcək – naməlum epidemiya və dağıdıcı nəticələrə səbəb olacaq naməlum kosmik obyektlə toqquşma. Əgər bəxtimiz gətirsə, o yanımızdan keçəcək, amma yenə də sunami, zəlzələlər olacaq. Vanqa dedi: qara kül Yeri və Günəşi örtəcək, çaylar məcrasından çıxacaq. Hətta o yandan ötüb keçsə belə, nəhəng ərazilər Yer üzündən silinəcək”, – jurnalist deyib.

Qeyd edək ki, “naməlum epidemiya” ilə Vanqanın koronavirusu nəzərdə tuta biləcəyi ehtimalı istisna edilməyib.
Bitəcək tarixi də açıqlayıb: 22.12.2020/ axar.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button