Cəmiyyət

Tural İrfan Azərbaycan polisinə təşəkkür etdi

İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Milli Məclisin üzvü, partiya sədri Razi Nurullayevin müavini Tural İrfan öz feysbuk hesabında Azərbaycan polisinə təşəkkür edib.

Analoq.az mətni olduğu kimi təqdim edir:

“Azərbaycan polisi bu iki gün ərzində tam qanuni şəkildə, insanların sağlamlığı üçün var gücü ilə çalışdı. Şəxsən mən bunun şahidi oldum. Öz sağlamlıqları bahasına, xalqımız naminə bütün lazımi əmrlərə və göstərişlərə əməl edərək karantin qaydalarını tənzimlədilər. Bəzi xırda xoşagəlməz hallar da vətəndaşların biganəliyi, qanuna tabesizlik göstərməyə cəhdləri nəticəsində baş verdi ki, bunun da qarşısı alındı. Mən, xüsusən bu günlər ərzində yollarda, küçələrdə, müxtəlif məkanlarda ayaq üstə, yorulmadan xidmət göstərən bütün şərəfli, ləyaqətli, vətənpərvər polislərimizə təşəkkür edirəm.”

Analoq.az.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button