Cəmiyyət

Şanlı Ordumuz Gününüz Mübarək

En
Şanlı Ordumuz Gününüz Mübarək
20:40 / 25.06.2022

A- A+
1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, iyunun 26-da ilk nizami hərbi hissə yaratdı. Daha sonra 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda mühüm addımlar atıldı. Bu addımlardan önəmlisi 1998-ci ildə Ulu Öndərin 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etməsi oldu.

Ulu öndərin davamçısı Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələr yüksək səviyyədə qayğı göstərilir. Prezident orduda müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət yetirir. Bunun sayəsində də Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir.

Ordumuz günü-gündən güclənən qüdərti sayəsində 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Vətən müharibəsindən sonra aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun gücündən bəhs edildi. Onlar ordumuzun hərbi taktikasını öyrənərkən belə qənaətə gəldilər ki, ordumuz hətta dünyanın aparıcı ölkəsinin ordusunu belə məhv etmə gücünə sahibdir.

Bununla belə II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur. Bu gün Azərbaycan Ordusu layiq olduğu yerdədir. İnanırıq ki, Ordumuzun bundan sonra da qüdrəti həmişə artacaq və yeni-yeni nailiyyətlər, uğurlar əldə edəcəklər. Çünki Ordumuzun qüdrətini artıran xalq-ordu birliyini görəcəyi işlər qarşıdadır.

Gününüz Mübarək Qüdrətli Azərbaycan Silahlı Qüvvələri!

Nizami Rayonu İcra Hakimiyyətinin məsul işçisi, MMP-ın idarə heyətinin üzvü Könül İsmayılova

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button