Kriminal

Xırdalanda mənzildə yanğın baş verdi

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “AAAF Park” yaşayış kompleksinin 23-cü küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.

Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.

***

Mənzil sahibi Təvəkkül Quliyevin “Report”a verdiyi məlumata görə, eyvana naməlum şəraitdə siqaret kötüyü düşüb. Bu zaman evdə heç kim olmayıb. Eyvandakı benzin dolu çıraq alovun baş verməsinə səbəb olub.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button