Dünya

Bir gündə 1 382 nəfər koronavirusdan öldü-SON DƏQİQƏ

Braziliyada bir gündə 1 382 xəstə koronavirusdan ölüb.Analoq.az verir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son bir gündə 12 581 nəfər koronavirusa yoluxub. Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 685 427-yə çatıb.

Son 24 saat ərzində 1 382 ölüm halının qeydə alınması ilə ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 37 312-yə yüksəlib.

Ümumilikdə 302 084 nəfər müalicə olunaraq xəstəlikdən sağalıb.

Qeyd edək ki, Braziliya koronavirusdan ən çox təsir görən ölkələr arasında ABŞ-dan sonra 2-ci yerdə qərarlaşıb.konkret.az

Analoq.az

Daha çox
Back to top button
Close