Ölkə

Zelenski hökuməti Qubanın icra baçşısından yardım istədi – FOTO

Ukraynanın İvano-Frankivski Regional Hərbi Administrasiyasının, həmçinin Regional Dövlət Administrasiyasının rəhbəri Svetlana Onyişçuk Qubanın icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin oğlu Nicat Əlibəyliyə rəsmi müraciət edib.

Məktubda hərbi ehtiyaclar üçün (bədən zirehləri, Kevlar dəbilqələri), tibbi ləvazimatlar (dərmanlar, alətlər, avadanlıq), ərzaq, gigiyenik vasitələr, məcburi köçkünlər üçün məişət əşyaları (döşəklər, yorğanlar, yataq örtüyü, dəsmallar, qatlanan çarpayılar), fövqəladə hallar zamanı yardım üçün, ümumiyyətlə humanitar yardım məqsədilə vəsait ayırmaq xahiş olunur.

Onu da qeyd edək ki, Ziyəddin Əliyevin dünyanın bir neçə ölkəsində, o cümlədən Ukraynada da böyük biznesi, şirkətləri, zavodları olduğu heç kəsə sirr deyil.

Xatırladaq ki,  Nicat Əlibəyli atasının Ukraynadakı biznesinə rəhbərlik edir.

Cəmil Məmmədli

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button