Cəmiyyət

Dörd günlük çölə çıxma qadağası tətbiq edilə bilər? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı 300-ü keçdiyinə görə karantin rejimində yenidən şərtləşmə tətbiq edilir. Hətta keçən həftə şənbə-bazar günləri insanların çölə çıxma qadağası qoyuldu. Bu həftə isə 4 gün insanların çölə çıxmasına qadağa qoyulacağı ilə bağlı iddialar səsləndirilir. Bu həftə də 4 gün insanların çölə çıxmasına qadağa qoyula bilərmi?Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu kimi qərarların verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir: “Onlar mövcud vəziyyəti analiz etdikdən sonra müvafiq addımların atılması istiqamətində qərarlar verirlər. Əlbəttə, hər şey gündəlik yoluxmanın artma və azalma dinamikasından asılıdır.

Bilirsiniz ki, son günlərin statistika
ürəkaçan deyil. Günlük koronavirusa yoluxanların sayı 300-a keçir. İnsanlarımız yumşalmalardan sonra sanki bu xəstəlik yoxmuş kimi davranmağa başladılar.

Təəssüf ki, qoruyucu tibbi maskadan istifadə etmədən, sosial məsafəni qorumadan çöldə hərəkət etdilər. Məhz buna görə də maskadan istifadə edilməməyə görə qanunla cərimələr tətbiq edildi.

Bununla yanaşı həm də insanların şənbə-bazar günləri çölə çıxmasına qadağa qoyuldu. Hətta market və apteklərin fəaliyyəti dayandırıldı.

Görülən bu tədbirlərin hər biri və karantin rejiminin sərtləşdirilməsi birbaşa insanlarımızın sağlamlığının qorunmasına xidmət edir.

Bilirsiniz ki, pandemiya bütün ölkələrin olduğu kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Amma buna baxmayaraq dövlətimiz üçün öncə önəmli olan insanlarımızın sağlamlığıdır.

Dövlətimiz bu məsələdə üzərinə düşən bütün addımları zamanında və operativ şəkildə atır. Bu işdə insanlarımız da məsuliyyətli olmaqla dövlətimizə dəstək olmalıdır.

Vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə etməli, insanların daha çox sıx toplaşdığı yerlərdə sosial məsafəni qorumalı və sanitar gigyenik qaydalara əməl etməlidirlər.

Bu yolla onlar təkcə özlərinin deyil, həm də yaxınlarının sağlamlığını qorumuş olarlar. Əks təqdirdə karantin rejimində sərtləşmə davam edə bilər. Əlbəttə bunu heç birimiz arzulamırıq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button