Dünya

Uşaq bağçalarının fəaliyyətinə iyunun 23-dən icazə veriləcək

Sabahdan Rusiya paytaxtında koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ləğv olunur.Analoq.az İnterAz-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.O, iyunun 9-dan paytaxt ərazisində özünütəcrid və xüsusi buraxılış rejimlərinin ləğv olunduğunu qeyd edib.Moskva merinin sözlərinə görə, sabahdan etibarən paytaxtda gözəllik salonları, bərbərxanalar və məhdudlaşdırmaların tətbiq olunduğu karşerinq xidməti fəaliyyətini davam etdirəcək, uşaq bağçalarının fəaliyyətinə isə iyunun 23-dən icazə veriləcək.

S. Sobyanin yaşı 65-dən yuxarı olan insanların da sərbəst şəkildə küçəyə çıxmasına, şəhərdə hərəkət etməsinə tətbiq olunan qadağanın götürüldüyünü vurğulayıb.

Analoq.az

Daha çox
Back to top button
Close