Ölkə

“Həmin mətbuat orqanları da sifariş yerinə yetirir və qorxurlar”-ELMAN NƏSİROV

Jurnalistikanın ən mühüm prinsipləri qərəzsiz, obyektiv və hadisəni olduğu kimi göstərmək, sifariş yerinə yetirməməkdir. Təəssüf ki, bu gün bir çox hallarda bütün prinsiplərin bəzi mətbuat orqanları tərəfindən pozulduğu deyil, hətta ayaqlar altına atılıb tapdalandığının şahidi oluruq”.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, xaricdən maliyyələşən bir sıra KİV-lər həqiqətləri tamamilə təhrif etmiş halda birtərəfli nümayiş etdirirlər: “Əgər onlar, doğrudan da, obyektivdirlərsə, bir dəfə də olsun görmədim ki, ABŞ-da baş verən son hadisələrdə polis zorakılığını, xüsusilə də jurnalistlərin döyülməsini, təhqir edilməsini, həbs edilməsini özündə əks etdirən görüntü versinlər. Bunu etmirlər, çünki onların maliyyəsini verən elə həmin ölkənin qanunlarını, hüquqlarını pozan dövlətlərin özüdür. Həmin mətbuat orqanları da sifariş yerinə yetirir və qorxurlar. Azərbaycandan isə ancaq təhrif edilmiş materiallar yayırlar”.

E.Nəsirov təəssüf hissi ilə qeyd edib ki, qərəzsiz olduqlarını desələr də, Azərbaycan polisinin bu günə qədərki təqdir olunan hərəkətlərinin hansısa birini işıqlandırdıqlarını görməyib:

“Misal olaraq, koronavirusla əlaqəli tətbiq olunan həftəsonu qadağalarda Azərbaycan polisi dializə getməyə ehtiyacı olan yaşlı qadını xidməti avtomobilləri ilə xəstəxanaya çatdırdılar, hətta vətəndaşa çörək belə verirdilər. Azərbaycan himni çalınanda maşında olan polislər belə çıxaraq “Farağat” vəziyyətində müəyyən qaydalar üzrə dinləyirdilər”.

“Bundan başqa, pandemiya dövründə özlərinin və ailə üzvlərinin həyatlarını riskə ataraq bizim təhlükəsizliyimiz və sağlamlığımızın keşiyində dayanırdılar. Bax, bunları da işıqlandırmaq lazımdır. Ayrı-ayrı polislərin hərəkətində qanun pozuntusu varsa, vətəndaşa qeyri-etik ifadə sərgiləyirsə bunu da işıqlandırmaq olar. Ancaq bunu da paralel şəkildə digər örnək nümunələrlə yanaşı etməlidirlər. Məlum video görüntülərdə vətəndaşa qarşı kobudluq edən polis əməkdaşı üzr istəyərək işdən çıxarılıb. Həqiqəti olduğu kimi göstərmək lazımdır. Qərəzli və bitərəf olmayın. Neqativlə yanaşı pozitivlik də verilsin. Qoy müsbət əməl sahibi olan polislərə vətəndaşların ehtiram və hörməti daha da artsın. Mənfi davranış qaydası sərgiləyən polis əməkdaşı da cəzalandırılsın. Təqdir olunanların üstündən xətt çəkib ancaq neqativi yaymaq sırf sifarişdir. Bu, artıq dövlət və dövlətçilik əleyhinə fəaliyyətdir. Onların münasibəti polislərin Azərbaycan vətəndaşının təhlükəsizliyinin təminatı naminə, xüsusilə sön dövrlər göstərdiyi fədakarlığa ləkə yaxmaqdan başqa bir şey deyil”- deyə Milli Məclisin deputatı əlavə edib. (“Report”)

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close